Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.01.2026 | 11:15 | Baxılıb: 7648
Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.

“gece.ws” xəbər verir ki, hadisə bu gün səhər saatlarında qəsəbədəki evlərin birində qeydə alınıb.

Cinayəti törətməkdə şübhəli bilinən 34 yaşlı Elvin Fərman oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən qadın “NIDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, şübhəli şəxs isə qardaşıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.