Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.16.2026 | 12:31 | Baxılıb: 36823
Ramazan bayramı 20 marta təsadüf edəcək.

Bu barədə “gece.ws”ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib.

S.Məmmədli həmçinin fitrə zəkatının tövsiyə edilən məbləğini də açıqlayıb.

“Fitrə zəkatı adambaşına 15 manat tövsiyə olunur. Ümumiyyətlə, fitrə zəkatı 3 kq buğda, 3 kq kişmiş, 3 kq xurma və un məmulatları şəklində də verilə bilər. Amma ümumi halda fitrə zəkatının məbləği minimum 15 manat nəzərdə tutulur”.

QMİ nümayəndəsi Bakı məscidlərində bayram namazlarının 08:00-09:00 arasında qılınacağını da diqqətə çatdırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.