Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.23.2025 | 13:25 | Baxılıb: 1253
Xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

“gece.ws” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsini dəstəklədiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd olunub.

Corc Dik 6 il müddətində İsrailin Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.