Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.14.2025 | 15:38 | Baxılıb: 1388
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Ərağçi ilə telefon danışığı aparıb.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) paylaşıb.

Bildirilib ki, Azərbaycan XİN başçısı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Bayramov bu ölkənin nüvə obyektləri ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb.

Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.