
“gece.ws” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar planlaşdırılıb.
“İyulun 16-dan 17-dək Azərbaycan Respublikasının xarici işlər naziri rəsmi səfərlə Rusiya Federasiyasını ziyarət edəcək. Onun Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla danışıqları baş tutacaq. İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Rusiya-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini, həmçinin bir sıra aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər”, - M.Zaxarova qeyd edib.