Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.13.2026 | 18:10 | Baxılıb: 1480
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyadan müasir “Oreşnik” raket sistemini aldığını açıqlayıb.

“gece.ws” “BelTA” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu silahların şəxsən Vladimir Putinin dəstəyi ilə əldə edildiyini vurğulayıb:

“Putinə təşəkkür edirəm, bu, onun şəxsi köməyidir. Mən ondan xahiş etdim və o, bunu etdi. Biz bu silahları satın aldıq, pulunu ödədik. İndi “Oreşnik” bizim sərəncamımızdadır. Belarusa qarşı hər hansı müdaxilə cəhdi olarsa, bu raket sistemindən istifadə ediləcək. Kiyevin NATO-nu Belarusdakı “Oreşnik” qurğularını vurmağa çağırması isə tamamilə axmaqlıqdır”.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl çıxışında bu sistemlərin Belarusda yerləşdirilməsini ciddi təhdid hesab etdiklərini bildirmiş və NATO-nu “Oreşnik”i “qanuni hədəf” kimi tanımağa çağırmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.