Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.26.2026 | 14:30 | Baxılıb: 767
Belçikanın Byuqqenhaut şəhərində məktəbliləri daşıyan mikroavtobus qatarla toqquşub, 4 nəfər ölüb. 

“gece.ws” yerli RTL nəşrinə istinadən xəbər verir ki, ölənlər iki yeniyetmə, sürücü və konduktordur. 

Məlumata görə, toqquşma anında keçiddəki şlaqbaumlar endirilmiş, siqnal işıqları yandırılmış olub. Maşinist qatarı saxlamağa çalışsa da, zərbənin qarşısını almaq mümkün olmayıb. Zərbənin təsirindən mikroavtobus aşıb. 

Qəza zamanı mikroavtobusda yeddi uşağın, qatarda isə 100 sərnişinin olduğu bildirilir. 

Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onların vəziyyəti barədə hələlik məlumat verilmir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.