Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.18.2025 | 09:48 | Baxılıb: 2196
Samux rayonunda ictimai asayişi pozan şəxs həbs edilib.

“gece.ws"in əldə etdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.

Belə ki, polis əməkdaşları şalvarının bel kəmərinə bıçaq taxaraq kənddəki “Əli” marketin qarşısında hərəkət edən şəxsi saxlayıblar. Onun Qarayeri kənd sakini 1977-ci il təvəllüdlü S.Məmmədov olması müəyyən edilib.

Saxlanılarkən müqavimət göstərən, eləcə də kənd ərazisində xuliqanlıq əməlləri törədən şəxs barəsində inzibati protokol tərtib edilib.

Samux Rayon Məhkəməsinin qərarı ilə S.Məmmədov 8 sutkalıq həbs edilib.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.