Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.15.2025 | 17:34 | Baxılıb: 2409
“Benfika” UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

“gece.ws” xəbər verir ki, Lissabon təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Amar Dediç və Dodi Lukebakio komandanın bu gün baş tutan məşqinə qatılmayıb. Onların sabah heyətdə olub-olmayacağı ilə bağlı qərarı baş məşqçi Bruno Laje qərar verəcək.

Uzan müddətdir zədəli olan Manu Silva, Aleksander Ba, Bruma və Nuno Feliks isə Ağdam təmsilçisinə qarşı oynamayacaq.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.