Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Benzia “Qarabağ”dan gedə bilər
 
						Benzia “Qarabağ”dan gedə bilər
Əlavə olunub: 04.15.2025 | 11:25 | Baxılıb: 1996
“Qarabağ”ın əlcəzairli futbolçusu Yasin Benziya bu yay komandasını dəyişə bilər.

“gece.ws” Əlcəzair mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var.

Həmçinin milli komanda yoldaşları Riyad Mahrez və Said Benrahmanın artıq çıxış etdiyi Səudiyyə Ərəbistanı liqasını seçməklə millidəki mövqeyini möhkəmləndirəcəyi də qeyd edilir.

Qeyd edək ki, Benziyanın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır. Daha əvvəl futbolçunun özü bəyan etmişdi ki, tərəflər əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar aparırlar.

Məsələ burasındadır ki, Benzia “Qarabağ”dan maaşının artırılmasını istəyir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.