Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.18.2026 | 11:16 | Baxılıb: 1396
Bərdə rayonunda canavarların fərdi təsərrüfata hücumu nəticəsində xeyli sayda xırdabuynuzlu heyvan tələf olub.

“gece.ws” xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata hücum edən canavarlar təxminən 50-yə yaxın xırdabuynuzlu heyvanı tələf edib.

Hadisə nəticəsində təsərrüfat sahibinə ciddi maddi ziyan dəyib. Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.