Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.17.2026 | 22:20 | Baxılıb: 905
Berlin Senatının şəbəkə hesablarına kiberhücum edilib.

“gece.ws” xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Məlumata görə, hücum şəhərsalma, tikinti və mənzil məsələləri üzrə idarə, eləcə də mobillik, nəqliyyat, ətraf mühit və iqlimin mühafizəsi üzrə idarənin şəbəkələrinə qarşı baş verib.

Bildirilib ki, kiberhücumun digər dövlət qurumlarına yayılmasının qarşısını almaq üçün sözügedən idarələr hökumət şəbəkəsindən ayrılıb.

Hadisə ilə bağlı araşdırmaya Berlin Cinayət Polisi, Berlin Prokurorluğu və Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi (BSI) cəlb olunub.

Bununla yanaşı, hadisənin araşdırılması üçün böhran qərargahı yaradılıb.

Kiberhücum nəticəsində hər hansı məlumatın sızıb-sızmadığı hələlik məlum deyil.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.