Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Beşiktaş” prezidentindən TFF haqqında sərt açıqlamalar - Video
 
						“Beşiktaş” prezidentindən TFF haqqında sərt açıqlamalar 
							 - Video
Əlavə olunub: 03.26.2025 | 21:26 | Baxılıb: 1747
“Beşiktaş” – “Qalatasaray” matçının türk hakimə həvalə olunmasına “qara qartallar”ın prezidenti Serdal Adalı etiraz edib.

“gece.ws” xəbər verir ki, buna görə o, Türkiyə Futbol Federasiyasının prezidentini istefa verməyə çağırıb.

“Çox bəsit bir standartı belə tətbiq edə bilməyən, verdiyi qərarın arxasında dura bilməyən Türkiyə Futbol Federasiyası öz gücünü itirib. Futbolda yaşanan skandallarla türk insanının yaddaşına qalan, bundan öncəki Federasiya rəhbərindən ən xırda bir fərqi olmadığını göstərən hazırki prezident istefa verməlidir”.

Qeyd edək ki, matç martın 29-da Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.