Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.10.2025 | 17:19 | Baxılıb: 1385
“Beşiktaş” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

“gece.ws” xəbər verir ki, İstanbul nəhəngi “Kayserispor”dan Gökhan Sazdağını transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” 31 yaşlı sağ cinah müdafiəçisi üçün Super Liqa təmsilçisinə 1,5 milyon avro təzminat ödəyəcək. Türkiyə millisinin sabiq üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Gökhan Sazdağı 2021-ci ilin yayından “Kayserispor”da çıxış edirdi. Təcrübəli futbolçu bu mövsüm “sarı-qırmızılar”ın heyətində Super Liqada 3 matçın hər birində 90 dəqiqə meydanda olub.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.