
“gece.ws” xəbər verir ki, hadisə rayonun Çıldıran kəndində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Bərdə sakini Hafiz Qocamanov idarə etdiyi “Howo” markalı betonqarışdıran avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə maşın dərəyə yuvarlanıb, sürücü H.Qocamanov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı