Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.12.2026 | 19:37 | Baxılıb: 1199
Beyləqan rayonunda 11 yaşlı oğlanı avtomobil vurub.

“gece.ws"in xəbərinə görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Changan” markalı avtomobil 2015-ci il təvəllüdlü M.R-nı (Ad şərtidir) vurub.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Yaralı yaxınlıqda olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb.

R.M-nin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Ona dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin əzilməsi, bədənin çoxsaylı əzilmiş, sıyrılmış yaraları diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra müalicəsini  davam etdirmək üçün Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.Vəziyyəti ağır olaraq qiymətləndirilir”, - deyə əlavə edilib.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.