
“gece.ws” xəbər verir ki, aksiya Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan–Daşburun magistral yolunun hər iki tərəfində keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Şahin İsmayılov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.
Aksiya çərçivəsində 400-ə yaxın müxtəlif növ ağaclar əkilib, ərazidə abadlıq və təmizlik işləri görülüb. Bu kimi təşəbbüslər ölkəmizdə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi, ekoloji tarazlığın qorunması və gələcək nəsillərə daha yaşıl, sağlam mühitin ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.






