
“gece.ws” xəbər verir ki, bu çərçivədə rayonun Əlinəzərli kəndində növbəti ağacəkmə aksiyası təşkil olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti qurumların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Aksiya çərçivəsində iqlim şəraitinə uyğun ağac tingləri əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ərazinin yaşıllaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Bu kimi tədbirlər rayon ərazisində ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllıq sahələrinin artırılmasına mühüm töhfə verir.





