Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.02.2026 | 02:36 | Baxılıb: 12541
Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts İranla bağlı birgə bəyanat yayıb.

“gece.ws” xəbər verir ki, açıqlamada bildirilib:

“Liderlər İranın ABŞ və İsrailin ilkin hərbi əməliyyatlarında iştirak etməyən ölkələr də daxil olmaqla region dövlətlərinə qarşı başlatdığı raket hücumları qarşısında dəhşətə gəlib. İranın məsuliyyətsiz hücumları yaxın müttəfiqlərimizi hədəfə alıb və regiondakı hərbi personalımızı və mülki şəxslərimizi təhdid edir”.

Açıqlamada İrana hücumları dərhal dayandırmaq çağırışı edilib. Qeyd olunub ki, İranın raket və PUA buraxma qabiliyyətini mənbəyində zərərsizləşdirməyə yönəlmiş zəruri müdafiə tədbirlərinin dəstəklənməsi daxil olmaqla mühüm addımlar atılacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.