Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.31.2025 | 18:00 | Baxılıb: 2076
Ağcabədi sakinini bıçaqlayıb qaçan şəxs yaxalanıb.

“gece.ws” xəbər verir ki, avqustun 30-da saat 22 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində Hüslülü kənd sakini, 2004-cü il təvəllüdlü İnqilab Qəhrəmanov qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədərək hadisə yerindən qaçan Pərioğlular kənd sakini, 2005-ci il təvəllüdlü Azər Həsənquliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisənin mal-qara alveri ilə bağlı yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.