
“gece.ws” xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Hadisə nəticəsində Zərnətün körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.
Dərhal əraziyə Naxçıvan AYDA-nın texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.