Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.02.2026 | 23:42 | Baxılıb: 1564
Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

“gece.ws” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Ford” markalı yük avtomobili qarşıda hərəkətdə olan digər yük avtomobilinə çırpılıb. 

Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.