Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2026 | 07:12 | Baxılıb: 2686
Xorvatiya futbolunda qalmaqallı hadisə yaşanıb.

“gece.ws"in xəbərinə görə, liqanın ilk turunda keçirilən “Varazdin” – “Hajduk Split” qarşılaşmasından sonra qonaq komandanın azarkeşləri etiraz aksiyası keçirərək stadion tribunalarına zərər vurublar.

Qradski stadionunda baş tutan matçda “Varazdin” rəqibini 2:1 hesabı ilə məğlub edib. Ev sahibi komandanın qollarını 53-cü dəqiqədə Mladenovski və 62-ci dəqiqədə Mamiç vurub. “Hajduk Split”in yeganə qoluna isə 56-cı dəqiqədə Pukstas imza atıb.

Lakin qarşılaşmadan sonra diqqətlər meydandakı mübarizədən daha çox tribunada baş verən hadisələrə yönəlib.

“Hajduk Split” azarkeşləri bilet qiymətlərinin yüksək olmasına etiraz olaraq oyunu boykot edib. Səfərə gedən azarkeşlərdən ibarət 10-15 nəfərlik qrup isə öz sektorlarındakı oturacaqları yandırıb.

Etiraz aksiyasını “Hajduk Split”in məşhur “Torcida Split 1950” azarkeş qrupu öz üzərinə götürüb.

Hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.