“gece.ws” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Həyat yoldaşı Hillari Klintonla birlikdə hava limanında olan Bill Klintonun əlində yüngül tibbi avadanlıq – “Propaq MD Air Medical Bag” tipli portativ monitor və defibrilyator olub.
Məlumat ümün bildirək ki, 79 yaşlı Bill Klintonun ürək sağlamlığı ilə bağlı problemləri var. O, 2004-cü ildə 58 yaşında dördqat “bypass” əməliyyatı keçirib. 6 il sonra isə onun koronar arteriyasına stent taxılıb.
Qeyd edək ki, ABŞ-nin 42-ci Prezidenti Bill Klinton 1993-2001-ci illərdə iki dəfə prezidentlik edib.