Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.06.2026 | 15:38 | Baxılıb: 2265
“Bizə qarşı həmişə qarayaxma kampaniyası aparan qüvvələr var. Belə çıxmasın ki, qeyri-millətləri sıxışdırmağa çalışırıq”. 

“gece.ws” xəbər verir ki, bunu deputat Elman Məmmədov Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Adları dəyişdirilən ərazilərdə yaşayanların çoxu artıq azərbaycanlılardır. Ona görə də bu adların dəyişdirilməsi məqsədəuyğundur. Bu istiqamətdə respublikada görüləcək işlər çoxdur. Elə kənd, qəsəbə adları var ki, bilmirsən mənası nədir. Məsələn, Gödəklər kəndi, Düzqırıxlı kəndi və s. Bunlar baxılmalı məsələlərdir”, - deputat əlavə edib. 

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.