
“gece.ws” xəbər verir ki, uzun müddətdir gözlənilən mərkəzin sabah rəsmi olaraq ictimaiyyət üçün açılacağı bildirilir.
Tədbirdə ABŞ-nin bir sıra keçmiş və hazırkı siyasi liderləri də iştirak ediblər. Qonaqlar arasında keçmiş prezidentlər Bill Klinton, Corc Buş və Co Bayden, eləcə də, keçmiş vitse-prezident Kamala Harris yer alıb. Obama ilə gərgin münasibətləri olduğu bilinən Prezident Donald Tramp isə mərasimə dəvət edilməyib.
Rəsmi açılışdan əvvəl Barak Obama gələn qonaqlara, o cümlədən, keçmiş prezidentlər və birinci xanımlara bələdçilik edərək mərkəzi təqdim edib.
Mərasimdə maraqlı və səmimi anlar da yaşanıb. Keçmiş prezident Corc Buş keçmiş birinci xanım Mişel Obamaya simvolik bir hədiyyə - bir qutu “Altoids” təqdim edib. İllərdir müxtəlif rəsmi tədbirlərdə bir-birinin yanında oturan Buş və Mişel Obamanın bu jesti tədbirə yumoristik və dostluq ab-havası qatıb.





