Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.07.2026 | 16:50 | Baxılıb: 4464
Ermənistanın Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanı məhkəməyə vermək niyyətindədir.   

“gece.ws” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesablarında canlı yayım zamanı Karapetyanın bəyanatını şərh edərkən bildirib.

“Əlbəttə, mən bu kaluqalı oliqarxı məhkəməyə verəcəyəm və sözün birbaşa hüquqi mənasında ona hallüsinasiyaya səbəb olan 1 ton göbələk yedirdəcəyəm. Kobud ifadələrə görə üzr istəyirəm, amma hər şeyin bir həddi var”, - Baş nazir bəyan edib.

Qeyd edək ki, daha əvvəl mətbuat konfransı keçirən Samvel Karapetyan Paşinyanın ötən il Çinə səfəri zamanı hallüsinasiya yaradan göbələkləri bəyəndiyini və onlardan təxminən 1 ton alaraq ölkəyə gətirdiyini bildirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.