Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.11.2026 | 13:15 | Baxılıb: 1277
Sabunçu rayonunda talama cinayəti qeydə alınıb.

“gece.ws” xəbər verir ki, bu barədə Daxili  İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs Ramana qəsəbəsində yerləşən marketlərin birindən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.

Bundan başqa, Yasamal rayonunda keçirilən tədbir nəticəsində isə marketlərin birindən 490 manat dəyərində elektron siqaretləri oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Məcidli də saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.