Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.25.2026 | 13:17 | Baxılıb: 1362
“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda (ilk oyun 1-6) İngiltərənin “Nyukasl” komandasına 2:3 hesablı məğlubiyyəti şərh edib.

“gece.ws” xəbər verir ki, UEFA-nın saytına danışan fransalı komandasının ilk matçdakı uğursuzluğuna daha çox diqqət çəkib:

“İkinci hissədə parlaq çıxış etdik. Yaxşı oynadıq və iki qol vurduq. Bu, ilk oyunumuzdan sonra vacib idi. Belə başlanğıcdan sonra çətin oldu, amma sonra özümüzü toparladıq və yaxşı oynadıq. Düşünürəm ki, birinci və ikinci oyun tamamilə fərqli idi. Birinci oyun uğurlu alınmadı, amma ikinci oyunda yaxşı oynamaq və əsl “Qarabağ”ı nümayiş etdirmək istədik. Düşünürəm ki, bacardıq”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.