Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.02.2026 | 10:06 | Baxılıb: 1656
“ABŞ hərbçiləri İran nefti daşıyan tankerləri ələ keçirərkən dəniz quldurları kimi davranırlar”. 

“gece.ws” xarici mətbuata istinadən xəbər verir ki, bu etirafı ABŞ Prezidenti Donald Tramp Uest-Palm-Biçdə (Florida ştatı) yerli “Forum” klubunun üzvləri qarşısında çıxışı zamanı edib.

ABŞ Silahlı Qüvvələrinin ümumilikdə 3,8 milyon barrel neft daşıyan iki İran tankeri - “Majestic” və “Tifani”ni ələ keçirməsi haqqında danışan dövlət başçısı “gəmilərin ələ keçirildiyini və yükün götürüldüyünü” deyib.

“Biz nefti götürdük, bu, çox gəlirli biznesdir. Kim düşünə bilərdi - biz dəniz quldurları kimi davrandıq... Biz də bir növ dəniz quldurlarıyıq, oyun oynamırıq”, - o əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.