
“gece.ws"in məlumatına görə, dövlət başçısı bu barədə səfərdə olduğu Lorestan əyalətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü zamanı danışıb.
Pezeşkian ABŞ-nin İranda demokratiya ilə bağlı narahatlıq ifadə etməsini aldadıcı adlandırıb:
“ABŞ açıq şəkildə Venesuelanın neftini ələ keçirmək istədiyini bildirib. Kanada və digər ölkələrə qarşı da oxşar münasibət sərgiləyir. Biz mübarizə aparmaq istəmirik. Hesab edirəm ki, müharibəni kənara qoymalıyıq. Lakin zor tətbiq olunarsa, biz təslim olmayacağıq”.