Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.01.2026 | 06:11 | Baxılıb: 2102
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan milli futbol komandasını 2026-cı il Dünya Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

“gece.ws” xəbər verir ki, dövlət başçısı sosial media hesabında paylaşım edərək, pley-off mərhələsinin finalında Kosovonu 1:0 hesabı ilə məğlub edən yığmanın uğurunu yüksək qiymətləndirib.

“2026-cı il Dünya Çempionatı pley-off finalında Kosovonu məğlub edərək, final mərhələsinə vəsiqə qazandıqları üçün milli futbol komandamızı, “bizim uşaqlar”ı ürəkdən təbrik edirəm.

24 ildən sonra futbolun bu ən böyük səhnəsində ay-ulduzlu bayrağımızı dalğalandıracaq milli komandamıza Avstraliya, Paraqvay və ABŞ-yə qarşı qrup oyunlarında, daha sonra isə finala çıxmağı ümid etdiyimiz matçlarda uğurlar arzulayıram.

Əminik ki, “bizim uşaqlar” həmişə olduğu kimi, ay-ulduzlu formanı qələbədən qələbəyə daşıyacaq və millətimizi qürurlandıracaq.

Bütün idmançılarımızı alnından öpürəm”, - Türkiyə lideri qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.