
“gece.ws” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq sessiyada Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
İsrailin dünya qurumundakı nümayəndə heyətinin bildirdiyinə görə, iclas Fransa və Bəhreyn tərəfindən tələb olunub.
Xatırladaq ki, 15 yanvar 2026-cı ildə Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının qərargahında İrandakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilmişdi.