Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.11.2025 | 11:38 | Baxılıb: 1353
Polşanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı Polşa XİN “X” hesabında paylaşıb. 

Bildirilib ki, təcili iclas Polşanın hava məkanının pilotsuz uçuş aparatları ilə pozulmasına görə çağırılıb.

Xatırladaq ki, ötən gecə bir neçə pilotsuz uçuş aparatı Polşanın hava məkanına daxil olub. Ölkənin Baş naziri Donald Tusk həmin dronların Rusiyaya məxsus olduğunu bildirib. Onun sözlərinə görə, Polşanın hava məkanına daxil olan 19 drondan 3-ü zərərsizləşdirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.