Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.05.2026 | 09:35 | Baxılıb: 4252
Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet”ə, daha sonra isə ağaca və köşkə çırpılıb.

Maşın həmin vaxt ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Zəminə Qurbanovanı vurub. Qadın hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.