Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.07.2026 | 13:20 | Baxılıb: 1732
Ağcabədi rayonunda “BMW” markalı avtomobil yanıb.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Hüsülü kəndində baş verib.

Rayon sakini Mahir Mustafayevə məxsus “BMW” markalı avtomobil hərəkətdə olarkən qəfil alovlanıb. Qısa müddətdə güclənən yanğın avtomobilin bütün hissələrini əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən qüvvələri cəlb olunub. Yanğın söndürülüb, lakin avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.