
“gece.ws” Azərbaycan Boks Federasiyasına istinadən xəbər veri ki, milli üzvü 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gəlib.
Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, sabah 1/4 finalda Farux Toxtassunovla (Qazaxıstan) gücünü yoxlayacaq.
Qeyd edək ki, Dünya kubokunda İsgəndərov millimizin 1/4 finalda mübarizə aparacaq 4-cü boksçusu olub. Daha bir idmançımız isə sözügedən mərhələyə vəsiqə üçün bu gün rinqə çıxacaq.