Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.07.2026 | 18:05 | Baxılıb: 3794
Borc istədiyi tanışını sonradan talayan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən “gece.ws”ya verilən məlumata görə, fevralın 6-da paytaxtın Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək parkların birində tanışı tərəfindən ona fiziki zor tətbiq edilərək 106 manat və mobil telefonunun talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Z.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı Z.Tağıyevin zərərçəkəndən əvvəlcə borc pul istədiyi, sonuncunun bundan imtina etməsindən sonra isə qeyd edilən hadisəni törətdiyi məlum olub. 

Araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.