
“gece.ws” xəbər verir ki, bu barədə ölkənin məşhur “Globo” nəşri məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, Braziliya tərəfi bu cür halların qarşısının alınması, araşdırılması və təqsirkarların cəzalandırılması üçün ciddi tədbirlərin görülməsini tələb edir. Lakin rəsmi müraciətdə irqçiliklə bağlı hansı konkret insidentlərin əks olunduğu barədə hələlik dəqiq açıqlama verilməyib.
Xatırladaq ki, Braziliya millisi DÇ-2026-da çıxışını 1/8 final mərhələsində başa vurub. “Sambaçılar” Norveç yığmasına 1:2 hesabı ilə uduzaraq mundialla vaxtından əvvəl vidalaşıblar.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı iyunun 11-də start götürüb və bu gün yekunlaşır.