Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 01:46 | Baxılıb: 2638
Braziliyanın cənubunda kiçikmühərrikli təyyarənin yaşayış binasına çırpılması nəticəsində faciə baş verib.

“gece.ws” “Xinhua” agentliyinə istinadən xəbər verir ki, hadisə Riu-Qrandi-du-Sul ştatının sahil şəhəri olan Kapan-da-Kanoada qeydə alınıb.

Bildirilib ki, San-Paulu şəhərindən havaya qalxan tək mühərrikli təyyarə aşağı hündürlükdə uçarkən qəfil idarəetməni itirərək binaya çırpılıb.

Qəza zamanı təyyarədə ikisi pilot, ikisi sərnişin olmaqla ümumilikdə 4 nəfər olub. İlkin məlumata görə, bir pilot və hər iki sərnişin hadisə yerində həyatını itirib. Dördüncü şəxsin taleyi barədə isə hələlik dəqiq məlumat yoxdur.

Xoşbəxtlikdən, təyyarənin çırpıldığı binanın hadisə anında boş olduğu bildirilir. Hazırda yerli hakimiyyət orqanları qəzanın dəqiq səbəblərini araşdırır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.