Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.04.2026 | 22:02 | Baxılıb: 1724
Braziliyanın Belo Horizonte şəhərində yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb.

“gece.ws” “Reuters”ə istinadən xəbər verir ki, çırpılma nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə ağır yaralanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, təyyarənin binaların üzərindən alçaqdan uçaraq sonda onlardan birinə çırpıldığı görünür.

Bildirilib ki, qəza baş verməzdən əvvəl pilot uçuş zamanı yaranan çətinliklərlə bağlı dispetçerlərə məlumat verib.

Qeyd edək ki, təyyarədə baş verən nasazlığın səbəbi hələlik açıqlanmayıb. 

Təyyarənin çırpıldığı binada insanların olub-olmadığı hələlik bilinmir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.