Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.18.2026 | 11:47 | Baxılıb: 2639
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Leonid Brejnevin nəticəsi Anton Milayev Rusiya-Ukrayna müharibəsində əsir düşüb.

“gece.ws” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, sovet liderinin qızı Qalina Brejnevanın övladlığa götürülən nəvəsi olan 45 yaşlı Anton Milayev 2025-ci ilin payızında minaaxtaran qismində cəbhəyə yollanıb, lakin noyabr ayında onunla əlaqə kəsilib.

Milayevin anası İrina Kuznetsovanın sözlərinə görə, oğlunun itkin düşməsindən bir neçə ay sonra o, hərbçinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Xerson vilayəti ərazilərində əsirlikdə olduğunu öyrənib.

Qeyd edək ki, Anton Milayev sirk artistidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.