Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.06.2026 | 14:02 | Baxılıb: 2221
Xalq artisti Brilliant Dadaşovanın Aisellə oxuduğu “Ayrı düşdük” mahnısı oğurlanıb. 

“gece.ws” xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında paylaşım edib.

O bildirib ki, Keti Xuçişvili adlı gürcü müğənni mahnını oxuyub və müəllifin kimliyini qeyd etməyib.

“Gürcü müğənnisi musiqimizi oğurlayıb oxuyub. Üstəlik hər yerdə bizim musiqimizi gürcü mahnısı kimi təqdim edir”, - Xalq artisti bildirib.

Qeyd edək ki, bundan əvvəl B.Dadaşovanın mahnıları dəfələrlə erməni ifaçılar tərəfindən oğurlanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.