Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.02.2026 | 14:55 | Baxılıb: 1770
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı Britaniya hökuməti yayıb.

Məlumata görə, həmin vəzifəyə Dunkan Norman təyin edilib.

O may ayında bu postda Fergus Auldu əvəz edəcək.

D.Norman “X” hesabında Azərbaycana səfir təyin olunması ilə bağlı paylaşım edib: “Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram!

Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.