Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.31.2026 | 18:29 | Baxılıb: 1356
Böyük Britaniya Kralı III Çarlz və həyat yoldaşı Kraliça Kamilla aprel ayının sonunda ABŞ-yə dövlət səfəri edəcəklər. 

“gece.ws” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bukinqem sarayının Mətbuat xidməti məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq səfər ABŞ-nin Böyük Britaniyadan müstəqillik əldə etməsinin 250 illiyinə həsr edilib.

Bundan sonra III Çarlzın Bermud adalarına yollanacağı bildirilir. Bu, onun monarx kimi Britaniyanın dənizaşırı ərazisinə ilk səfəri olacaq. 

Qeyd edək ki, III Çarlzın anası Kraliça II Yelizaveta (1926-2022) hakimiyyəti dövründə ABŞ-yə dörd dəfə (1957, 1976, 1991 və 2007-ci illərdə) dövlət səfəri edib. 

II Yelizavetanın Bermud adalarına son səfəri isə 2009-cu ildə baş tutub. 

***

Böyük Britaniya kralı III Çarlz aprelin 27-dən 30-dək ABŞ-də səfərdə olacaq.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.