Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.20.2026 | 22:00 | Baxılıb: 2380
Britaniyanın “Radio Caroline” radiostansiyası səhvən Kral III Çarlzın ölüm xəbərini yayıb.

“gece.ws” xəbər verir ki, bu haqda “The Independent” yazıb.

Nəşrin məlumatına görə, mayın 19-da monarxın ölüm xəbəri “Tanrı Kralı qorusun” himni ilə yanaşı yayımlanıb. Bundan sonra adi yayım qəfil dayanıb və 15 dəqiqə ərzində bərpa olunmayıb.

 Aparıcılar sonda efirə qayıdıb və Çarlzın ölüm xəbərini təkzib edib.

Onlar dinləyicilərdən üzr istəyib və anlaşılmazlığın “kompüter xətası” ilə bağlı olduğunu izah ediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.