Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.04.2026 | 08:28 | Baxılıb: 730
Böyük Britaniyanın Devon qraflığında təlim uçuşu zamanı Kral Dəniz Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində üç hərbçi həyatını itirib.

“gece.ws” xəbər verir ki, hadisə Okehampton şəhəri yaxınlığındakı Sourton Daun ərazisində qeydə alınıb.

Qəzaya uğrayan hava vasitəsinin Somersetdə yerləşən RNAS Yeovilton bazasına aid Merlin Mk4 helikopteri olduğu bildirilib.

Kral Dəniz Qüvvələrinin sözçüsü qəzanın təlim uçuşu zamanı baş verdiyini təsdiqləyib. Ölən hərbçilərin ailələrinin məlumatlandırıldığı qeyd olunub. Ailələrin məxfiliyə hörmət göstərilməsi xahişi nəzərə alınaraq, həlak olanların kimliyi açıqlanmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.