Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.14.2026 | 20:00 | Baxılıb: 772
Böyük Britaniyada sutka ərzində ikinci dəfə sərnişin qatarı relsdən çıxıb.

“gece.ws” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, sonuncu hadisə London yaxınlığında – Esseks qraflığının Uikford şəhəri yaxınlığında qeydə alınıb.

Britaniya Nəqliyyat Polisinin məlumatına görə, qatar relsdən çıxıb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.

Xatırladaq ki, bundan cəmi bir neçə saat əvvəl ölkənin cənub-şərqində – Şərqi Sasseks qraflığının Lyuis stansiyası yaxınlığında da analoji hadisə baş vermişdi. Həmin qəzada qatarın 3 vaqonu aşmış, nəticədə 2 nəfər ağır, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.