Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.12.2025 | 23:54 | Baxılıb: 734
Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib.

“gece.ws” xəbər verir ki, bu barədə məlumat hökumətin rəsmi saytında dərc olunub.

Sanksiyalar Rusiya müdafiə sənayesinə aid şirkətlər və fiziki şəxslərə şamil olunub. Almaniyanın “Deutsche Welle” nəşrinin yazdığına görə, məhdudiyyətlər, həmçinin konstruktor bürolarına, eləcə də radioelektronika və kimyəvi xammal istehsal edən hərbi təyinatlı müəssisələrə aid edilib. Məqsəd Rusiyanın hərbi potensialını zəiflətməkdir.

Qeyd olunub ki, Böyük Britaniya müttəfiqləri ilə koordinasiyalı şəkildə Rusiyaya qarşı iqtisadi və texnoloji təzyiqləri gücləndirməkdə davam edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.