Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.25.2026 | 13:47 | Baxılıb: 1187
Böyük Britaniyanın müdafiə naziri Con Hilinin olduğu təyyarə Rusiya sərhədi yaxınlığından uçarkən peyk siqnalını itirib. 

“gece.ws” xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. 

Bildirilir ki, Estoniyadan Böyük Britaniyaya uçan təyyarə Rusiya sərhədi yaxınlığından keçərkən radiomüdaxilələrlə üzləşib. Bütün uçuş müddətində GPS-naviqasiya işləməyib. Siqnalı bərpa etmək üçün avadanlığı yenidən yükləmək lazım olsa da, təyyarə havada olarkən bunu etmək mümkün olmayıb.

Qeyd edilib ki, səfər çərçivəsində nazir Estoniyada dislokasiya olunmuş britaniyalı əsgərləri ziyarət edib. Hili ilə birlikdə təyyarədə hərbi və siyasi məsləhətçilər, bir general-leytenant, iki fotoqraf və jurnalist olub. 

Rusiya tərəfi məsələni şərh etməyib.

Böyük Britaniya Müdafiə Nazirliyindəki anonim mənbə isə ölkənin hərbi hava qüvvələrinin Rusiyanın belə müdaxilələrinə hazır olduqğunu qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.